Close

III ixtisas qrupunda ballar qalxacaq?

“III ixtisas qrupunda ballar qalxacaq”.

TNS xəbər verir ki, bunu təhsil məsələləri üzrə mütəxəssis Kamil Məmmədov bildirib.

"Keçən il III ixtisas qrupu üzrə 600 baldan yüksək nəticə göstərən abituriyentlərin sayı 370 nəfər idi. Bu il isə elə indidən (1-ci cəhddən sonra) 947 nəfərdir.

500 baldan yüksək nəticə göstərən abituriyentlərin sayı keçən il 2116 nəfər idi. Bu il isə (1-ci cəhddən sonra) 3300 nəfərdir”, - deyə mütəxəssis əlavə edib.

Onun fikrincə, aşağı bal aralıqlarında da vəziyyət oxşar olacaq: “Yuxarıdan aşağıya doğru bu vəziyyəti görəcəyik. Hələ qarşıda 2-ci tur var. Bu rəqəmlər bir az da arta bilər. İxtisas seçimi zamanı diqqətli olmaq lazımdır!

Abituriyentlər və onların ailələri, ixtisas seçimində diqqətli olmalı, müxtəlif variantları nəzərə almalı və qərarlarını düşünülmüş şəkildə verməlidirlər. İxtisas seçimi zamanı yalnız bal əsas götürülməməli, həmçinin tələbənin maraqları, bacarıqları və gələcək karyera perspektivləri də nəzərə alınmalıdır. Yüksək bal toplamaq hər şey demək deyil. Əsas məsələ, seçilən ixtisasın abituriyentin maraqlarına və bacarıqlarına uyğun olmasıdır.