Əksər rayonlarda hava şəraiti sabit və yağmursuz keçib - FAKTİKİ HAVA
5
10:54 - 17 İyun 2024
![](/upload/files/up3/Xeberler/2024/06/17/16f0d41c-6137-386f-af1c-a6a064f05e9d_850.jpg)
İyunun 17-si saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti sabit, əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb.
Bu barədə TNS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, düşən yağıntının miqdarı Gədəbəydə 3 mm, Şəkidə 1 mm-dək olub.
İyunun 16-da şərq küləyi Culfada arabir 19 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da və Aran rayonlarında 37, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.