Close

Niyaməddin Musayev saxlanılıb? - VİDEO - YENİLƏNİB

Mən polis tərəfindən saxlanılmamışam. O görüntünü çəkib yayan adam bilib-bilmədən xəbər yazıb.

TNS xəbər verir ki, bu sözləri Globalinfo.az-a Xalq artisti Niyaməddin Musayev yol polisləri tərəfindən saxlanılması xəbərinə aydınlıq gətirərkən deyib.

O, xəbəri təkzib edib:

“Axşamlar dənizkənarı bulvar tərəfə idmana gedirəm. Əgər avtomobili yol kənarında saxlamış olsaydım, 20 manat cərimə yazılacaqdı. Mənim telefondan anlayışım olmadığına görə, “Azparkinq”ə xəbər edə bilmədim ki, maşını orada saxladığım üçün qanunla 1-2 manat ödəniş edim. Yəni nahaq yerə cərimə olunmayım. Həmin an yolda polisləri görüb, vəziyyəti onlara izah edərək, mənə köməklik göstərmələrini xahiş etdim. Polislər də sağ olsunlar, telefonumu götürüb, mənim üçün icazə alıblar. Mən qanunlara riayət edən adamam”.

Xalq artisti videonu paylaşan şəxsi şiddətlə qınayıb:

“Polislər mənə kömək edən zaman kimsə videonu çəkib yayıb. O qədər nadanlar var ki, heç nəyi araşdırmadan, bilmədən tez paylaşım edirlər. Axı sən bilmirsən məni polis saxlayıb, yoxsa yox! Bir məsələni araşdır, sonra şou yarat da. Belə insanları qınayıram. Hər kəs bilir ki, mən qanuna hörmətlə yanaşıram və riayət edirəm”.

10:43

Sosial mediada xalq artisti Niyaməddin Musayevin görüntüləri yayılıb.

TNS xəbər verir ki, videoda müğənninin avtomobilini idarə edərkən polis tərəfindən saxlanıldığı əks olunub.

Polis əməkdaşları sükan arxasında əyləşən N.Musayevin sənədlərini yoxlayıblar.