Close

İyun ayında neçə gün iş olmayacaq?

Bu ilin iyun ayında 14 gün iş olamayacaq.

TNS xatırladır ki, iyunun 15-i ölkədə Milli Qurtuluş Günü qeyd edilir. 16-17 iyun Qurban bayramı, 26 iyun isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun tarixləri də qeyri-iş günləri olacaq. Beləliklə, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixləri qeyri-iş günü sayılacaq. 

Ay ərzindəki şənbə və bazar günləri də sayıldıqda, gələn ay 14 gün qeyri-iş günü olacaq.