Respublika Pediatriya Mərkəzinin tabeliyində hansı xəstəxanalar var?

TƏBİB Respublika Pediatriya Mərkəzinin tabeliyində hansı müəssisələrin olduğunu açıqlayıb.
Qurumdan TNS-ə verilən məlumata görə, hazırda Respublika Pediatriya Mərkəzinin nəzdində Qarayev Uşaq Klinik Xəstəxanası, Uşaq Bərpa Mərkəzi, Nərimanov Uşaq Klinik Xəstəxanası, Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Yasamal Uşaq Klinik Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası, Sabunçu Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası və Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası fəaliyyət göstərir.
Qeyd edək ki, Respublika Pediatriya Mərkəzi TƏBİB-in Müşahidə Şurasının qərarı və TƏBİB-in əmri ilə 2024-cü il aprelin 6-da 8 xəstəxananın birləşməsi ilə yaradılıb.
Mərkəzin yaradılmasında əsas məqsəd pediatrik xidmətin təkmilləşdirilməsi, multidisiplinar yanaşmanın təmini, pediatrik tibbi xidmətin asan əlçatanlığının təmin edilməsi, modern tibbi müayinə və müalicə metodlarının tətbiq edilməsidir.