Kəmalə Ağazadə: “Əməkdaşlarımız ötən ildən maaş ala bilmir”

Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə may ayında 4 uşaq gətirilib.
Bunu TNS-ə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə deyib.
O bildirib ki, yerləşdirilən uşaqların hamısı Bakı şəhərində məskunlaşır: “Onlardan ikisi 5 və 7 yaşında qızdır. Digərləri isə 4 və iki yaşlarındadır. Aprel ayında isə bölgələrdən də bir neçə uşaq gətirmişdilər”.
Kəmalə Ağazadə uşaqların sığınacağa yerləşdirmə qaydasını xatırladıb: “Sığınacağa müraciət olduqda biz onları istiqamətləndiririk. Əgər ortada şiddət varsa, uşaq ona zorakılıq edildiyi deyirsə, o zaman hüquq-mühafizə orqanlarına müraciət edirik, Sosial Xidmətlər Agentliyinə məlumat veririk. Həmin uşağın durumu araşdırılır və daha sonra bizə yerləşdirilir.
Bundan başqa, bizə müraciət olmadan, hüquq-mühafizə orqanları tərəfindən isqtiqamətləndirilən uşaqlar da var. Zorakılığın müxtəlif növlərinə məruz qaldıqları üçün hüquq-mühafizə orqanlarına müraciət edirlər və sonra sığınacağa göndərilirlər”.
K. Ağazadə qeyd edib ki, sığınacaqda reabilitasiya müddəti 3 aydan 6 aya kimi olur: “Uşaqların zorakılıq qurbanları oldquları təqsdiqləndikdə, əgər məhkəmə-istintaq prosesi olacaqsa, reabilitasiya müddəti bir ilə qədər davam edə bilər”.
Birlik sədri mövcud problemləri də vurğulayıb: “Sığınacağımızın əməkdaşları ötən ilin dekabr ayından bəri ödənişsiz işləyirlər. Hazırda ölkədə fəliyyət göstərən digər sığınacaqlar da bu cür acınacaqlı vəziyyətdədir. Əməkdaşlarımız maaş ala bilməsələr də, işi dayandırmamışıq, fəaliyyətimizi davam etdiririk”.
Aygün