“ASAN” xidmət və “ASAN Kommunal” mərkəzlərində bu tarixədək qeyri-iş günüdür
73
11:42 - 20 Mart 2024

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində Novruz bayramı ilə əlaqədar olaraq martın 24-dək qeyri-iş günüdür.
Bu barədə TNS-ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, martın 25-dən etibarən vətəndaşlar mərkəzlərə üz tutaraq xidmətlərdən yararlana bilərlər.