Subbakalavrların sənəd qəbulunun vaxtı açıqlanıb
27
14:20 - 16 Fevral 2024
Subbakalavrların sənəd qəbulunun vaxtı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən TNS-ə verilən xəbərə görə, imtahan vermədən müvafiq ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavrlar 11 may – 31 iyul tarixlərində qeydiyyatdan keçməlidirlər. Ümumi qaydada imtahanlarda iştirak edərək ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar isə 1 – 15 mart tarixlərində qeydiyyatdan keçə bilərlər.