Close

Novruzun ilk çərşənbəsi nə vaxt qeyd olunacaq?

Bu il Novruzun ilk çərşənbəsi fevralın 27-də qeyd olunacaq.

TNS xatıladır ki, Su çərşənbəsi 2024-cü ildə fevralın 27-də, ikinci çərşənbə - Od çərşənbəsi martın 5-də, üçüncü çərşənbə - Yel çərşənbəsi martın 12-də, son çərşənbə - Torpaq (İlaxır) çərşənbəsi isə martın 19-da qeyd olunacaq. 

Qeyd edək ki, bu il ölkəmizdə bahar-yaz fəsli martın 20-si saat 07:06-da başlayacaq.

Qədimdən xalqımızın qeyd etdiyi Novruz ən gözəl bayramlarımızdan biridir. Milli-mənəvi dəyərlərimzin mənalı nümunələrini özündə yaşadan Novruzun çərşənbələrinin də hər birinin öz mənaları, gözəlliyi var.

Xalq təqviminə görə, “Kiçik çillə” fevral ayının 19-da başa çatır, yerini “Boz ay”a verir. "Boz ay" xalq arasında həm də “Alaçalpov”, “Çillə beçə”, “Ağlar-gülər” və sair adlarla bilinir. "Boz ay" "Kiçik çillə"nin qurtardığı vaxtdan yazın ilk gününə – martın 21-nə qədər olan dövrü əhatə edir. Ayın adının bu cür olması onun buludlu, yağışlı, küləkli, bəzən günəşli, yəni dəyişkən olması ilə bağlıdır.

"Boz ay"da qeyd olunan çərşənbələrin mahiyyətində isə təbiətin canlanması var.

Rəvayətə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün onları müqəddəsləşdirərək, hərəsi üçün bir gün ayırıb. Beləcə, yazın - Novruzun müjdəçiləri olan Su, Od, Yel və Torpaq çərşənbələri yaranıb.

Aygün