Pensiyalar nə qədər artırılacaq və nə vaxt veriləcək? - RƏSMİ

Yanvarın ilk ongülüyü başa çatsa da, pensiyalar verilməyib.
Dövlət Sosial Müdafiə Fondundan TNS-ə bildirilib ki, pensiyaların nə vaxt veriləcəyi ilə bağlı məlumat olan kimi ictimaiyyətə açıqlanacaq.
Pensiyaçıları düşündürən artımların nə qədər olacağı, artımın bu ay verilib-verilməyəcəyi məsələsinə gəlincə, qeyd olunub ki, artımlar gələn ay müəyyələşəcək və veriləcək.
Belə ki, yanvar ayının 1-dən etibarən pensiyaların indeksiyasiya olunaraq, artırılması nəzərdə tutulub. Artım 2023-cü ildə olan orta aylıq əməkhaqqındakı artım faizinə uyğunlaşdırılacaq.
Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı TNS-ə deyib ki, ötən ilin 11 ayının yekunlarına görə, orta aylıq əməkhaqqı artımı təxminən 11 faiz olub: “Bu, o deməkdir ki, bu tendensiya 12-ci ayın yekununda da davam edəcəyi halda, pensiyalarda 11 faizlik artım müşahidə edəcəyik. Artımlar yanvardan hesablansa da, fevral ayından etibarən ödəniləcək. Yanvarın artımı da fevralda veriləcək.
Əgər pensiyaçı 500 manat alırsa, 11 faizlik artım olacağı halda, onun pensiyası 55 manat artacaq. Pensiyaçı 55 manatlıq artımı da fevral ayının pensiyası ilə birlikdə alacaq”.
Aygün