“Vosmoy” bazarı bu əraziyə köçürülür

Xəbər verdiyimiz kimi, “8-ci km Ticarət Mərkəzi” MMC ləğv olunduğunu elan edib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat paylaşıb. Kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxiçavnski küçəsi, 38 K ünvanına bildirə bilərlər.
TNS xəbər verir ki, sosial mediada ləğv olunan “Vasmoy bazarı”nın Yeni Günəşlidə "kərpiczavod" adlanan əraziyə köçürüləcəyi barədə xəbərlər yayılıb.
Əldə etdiyimiz məlumata görə, “8-ci km Ticarət Mərkəzi” "kərpiczavod" yox, Yeni Günəşlidə köçülmüş hərbi hissənin ərazsinə yerləşdiriləcək.
Xatırladaq ki, “8-ci km Ticarət Mərkəzi” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,031 milyon manatdır.