Laçında “Bayraq yürüşü” - FOTO - VİDEO - YENİLƏNİB
Laçın şəhərində “Bayraq yürüşü” başa çatıb.
TNS xəbər verir ki, şəhərdə Azərbaycan bayraqlarını daşıyan dəstə 3 km. yol qət edib. Tədbirin sonunda tanınmış incəsənət xadimləri konsert proqramı ilə çıxış ediblər.
13:52
Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Laçın şəhərində “Bayraq yürüşü” keçirir.
TNS xəbər verir ki, 2014-cü ildən etibarən keçirilən “Bayraq yürüşü” bu il ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizdə təşkil edilir.
Dövlət himni səsləndirildikdən və şəhidlərin xatirəsi yad edildikdən sonra yürüşə start verilib.
9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Elm və Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, hərbçilər, şəhid ailələri, qazilər, 44 günlük Vətən müharibəsində döyüşən müəllimlər, eləcə də şagirdlər, ictimaiyyət nümayəndələri iştirak edir.
Qeyd edək ki, yürüşün keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılmış Şanlı Qələbəni və bayrağımızın daşıdığı milli-mənəvi dəyərləri təbliğ etmək, şəhid və qazilərimizin tarixi Zəfər yolunu uca tutmaqdır.
“Bayraq yürüşü” 2014-2016-cı illərdə Bakı şəhərində, 2017-ci ildə Tərtər rayonunda, 2018-ci ildə Füzuli rayonunun Horadiz şəhərində və 2019-cu ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilib.