Close

Bakının bu rayonunda su kəsiləcək

Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün Bakının Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

TNS bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.