Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu sabah başa çatır

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üçün sənəd qəbulu sabah başa çatır.
Bu barədə TNS-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sənəd qəbulu sentyabrın 30-u saat 23:59-da yekunlaşacaq.
Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumatla nazirliyin saytında tanış olmaq mümkündür.
Əlavə sual yarandığı zaman FAQ/MVS və ya dpinfo@edu.gov.az ünvanına müraciət etmək olar.