MİDA-nın növbəti güzəştli mənzil satışı nə vaxt həyata keçiriləcək?

Bu il iyulun sonunda Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən (MİDA) güzəştli mənzillərin satışı həyata keçirilib.
TNS növbəti belə satışın nə vaxta planlaşdırılması ilə bağlı MİDA-ya sorğu göndərib.
Qurumun İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, güzəştli mənzillərin satışı barədə elan satışın başlanması tarixinə ən azı 30 (otuz) gün qalmış verilir və kütləvi informasiya vasitələrində (dövlət qəzetlərində, televiziya kanallarında və s.), Agentliyin internet səhifəsində yerləşdirilir. Həmçinin, bu barədə “Güzəştli mənzil” sistemi vasitəsilə şəxsin elektron kabinetinə müvafiq bildiriş göndərilir: “Mənzillərin növbəti satışı ilə bağlı məlumat olduqda ictimaiyyətə açıqlanacaq”.
Qeyd edək ki, bu ilin iyulunda Yasamal, Hövsan və Gəncə Yaşayış Kompleksində yerləşən ümumilikdə 1189 məzil güzəştli şərtlərlə satışa çıxarılmışdı.