Quba TDT-nin Kənd Təsərrüfatı paytaxtı elan olunub
61
16:03 - 26 Sentyabr 2023

Quba şəhəri Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı paytaxtı seçilib.
TNS xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Təşkilatın Kənd Təsərrüfatı üzrə məsul nazirlərinin 2-ci iclası ilə bağlı keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, rotasiya qaydasına uyğun olaraq hər dəfə ölkələr arasında dəyişərək yeni şəhərlər bu adı ala biləcək. Növbəti Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin görüşünə qədər Quba şəhəri paytaxt olaraq qalacaq.
Qeyd edək ki, növbəti görüş Qazaxıstanda baş tutacaq.