Close

Yerli telekanallarda hansı yeniliklər olacaq? - Bu televiziya kanalı yenilikləri açıqlamaqdan imtina etdi

Yay tətilinin başa çatdığı bu günlərdə bütün sahələrdə yeni mövsümə hazırlıqlar davam edir. Azərbaycanının televiziya məkanında bu mövsümdə tamaşaçıları hansı yeniliklər gözləyir?

TNS bu barədə yerli telekanallara sual ünvanlayıb.

“Xəzər” televiziyasının ictimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri Ülkər Qasımova saytımıza deyib ki, Xəzər Media Mərkəzi xəbər, analitik informasiya məzmunlu yeni layihələri ilə tamaşaçı auditoriyasını operativ və dəqiq xəbərlə təmin etməyi hədəfə alıb.

xxx

“Bundan əlavə, Orta Asiya ölkələri, Türkiyə kimi dünyanın informasiya məkanında əhəmiyyətli yerə malik ölkələrin telekanalları ilə əməkdaşlıq çərçivəsində müxtəlif media layihələri də nəzərdə tutulur.   

Bu mövsümdə Azərbaycan teleradio məkanının ən çox izlənilən simaları və aparıcılarının təqdimatında biri-birindən maraqlı proqramlar yenilənmiş dekor və formatda tamaşaçılara təqdim olunacaq”, - o bildirib.

Ülkər Qasımova qeyd edib ki, sentyabrın 18-dən Xəzər TV-də ailədaxili münasibətlər, sevgi, anlaşılmazlıq mövzusuna həsr olunmuş ailə dramından bəhs edən “Xəyanət” serialının nümayişinə başlanacaq: “Bununla yanaşı, illərdir, tamaşaçıların sevərək izlədiyi “Ata ocağı” serialının heyəti ilə birgə yeni serial da efirə hazırlanır.

Eyni zamanda, Azərbaycan teleməkanında ilk dəfə informasiya şousunun Xəzər TV-də nümayişi nəzərdə tutulur.

Xəzər Media Mərkəzinin "Araz" və 'Xəzər" radiolarında da maarifləndirici və şou formatında yeni layihələrə start veriləcək”.

realtv

“Real Təhlil İnformasiya Mərkəzi” MMC isə gözlənilən yenilikləri açıqlamaq istəmir. REAL TV-nin baş redaktoru Səbinə Ağayeva əməkdaşımızla söhbətində bu barədə açıqlama verməyəcəyini deyib: “Bunu niyə açıqlamalıyıq ki? Yeni mövsümdə nələrin olacağını tamaşaçılar kanaldan öyrənəcəklər”.

Digər telekanallardakı yenilikləri növbəti yazılarımızda oxuya biləcəksiniz.