Millət vəkili andını səhv dedi- Baxçalı yenidən oxutdu - VİDEO
52
18:32 - 02 İyun 2023

Bu gün Türkiyə Böyük Millət Məclisində 28-ci qanunvericilik dövrü rəsmən başlayıb.
TNS Türkiyə mediasına istinadla xəbər verir ki, andiçmə mərasimində Ankaradan millət vəkili seçilən Osman Gökçekin andı etirazlar səbəbindən təkrar səsləndirilib.
Gökçek andını səhv oxuduğu üçün deputatlar etiraz edib. Məclisdə müvəqqəti rəhbərlik edən MHP sədri Dövlət Baxçalının xəbərdarlığı ilə millət vəkili and mətnini yenidən oxuyub.