Close

16:53
19 Fevral 2025

Aynur Əfəndiyeva yeni vəzifəyə təyin olunub

Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru, I dərəcəli hüquqşünas Aynur Vüsət qızı Əfəndiyeva vəzifəsindən azad olunub.

TNS-in əldə etdiyi xəbərə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun digər əmri ilə Aynur Əfəndiyeva qurumun Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsinin prokuroru təyin olunub.