Close

Bakı-Qəbələ sürət qatarı fəaliyyətə başlayır- QİYMƏTLƏR

18 mart tarixindən etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Qəbələ-Bakı sürət qatarı fəaliyyətə başlayır.

TNS xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən məlumat verilib.

Məlumata görə, Bakı-Qəbələ və əks istiqamətdə qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə olacaq və biletlər 4 mart tarixindən etibarən satışa çıxarılacaq.

Bildirilib ki, marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN, biznes sinfi üçün 31 AZN, birinci sinif üçün isə 93 AZN təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.