Magistraturaya qəbul imtahanında bir nəfər maksimum bal toplayıb

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 19-da keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.
İmtahanda 1 nəfər 100 bal toplamaqla mümkün olan ən yüksək nəticəni göstərib.
TNS xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, magistraturaya qəbul imtahanında maksimal nəticə (100 bal) göstərən Zeynallı Nihad Rasim oğludur. O, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanında 648.7 bal toplayıb.
Eyni zamanda qeyd edilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 18724 bakalavrdan 255 nəfəri imtahana gəlməyib.