Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
9
21:20 - 05 May 2025

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.
Bu barədə TNS-ə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Mərkəzin əməkdaşları tərəfindən bütün məlumat sürət tablolarında "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.