Yağışlı yollarda tıxac var

Bakının bir çox yollarında tıxac müşahidə edilir.
TNS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.