Close

Metro işçilərinin maaşlarına əlavələr niyə verilmir? - RƏSMİ

"Bakı Metropoliteni"nin işçilərinin maaşlarına 4 ayın əlavələri ödənilməyib.

Bu barədə TNS-ə məlumat daxil olub.

Bildirilib ki, bu ilin yanvarından nəzərdə tutulan "Bakı Metropoliteni"ndə işçilərin maaş artımı hələ də ödənilməyib.

Məsələ ilə bağlı qurumun mətbuat katibi Bəxtiyar Məmmədov ilə əlaqə saxladıq.

O, hazırda bu məqsədlərə uyğun əməkhaqqı fondunun təsdiqlənməsi ilə bağlı müzakirələr aparıldığını bildirdi:

"Struktur islahatları çərçivəsində maliyyə və təşkilati məsələlərlə yanaşı, əməkhaqlarına yenidən baxılması da kompleks şəkildə nəzərdən keçirilir. "Bakı Metropoliteni" üçün işçilərin rifahı və əməyinin dəyərləndirilməsi prioritet məsələdir. Həmin prosesin həyata keçirilməsi müəyyən zaman tələb edir və biz əməkdaşlarımızın bu mərhələni anlayışla qarşıladıqlarına inanır, onlara təşəkkürümüzü bildiririk".

Qeyd edək ki, Azərbaycan Prezidentinin imzaladığı Sərəncama uyğun olaraq yanvar ayından ölkədə müxtəlif peşə sahiblərinin əməkhaqqı artırılıb.

Azadə Yolçu