Bu avtobusun hərəkət sxemi dəyişdirilir
10
17:50 - 29 Aprel 2025

Bakıda 10 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir.
Bu barədə TNS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir
Məlumata görə, paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsində (Mərkəzi Bulvar küçəsindən Babək prospekti istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkəti Mərkəzi Bulvar küçəsi ilə təşkil ediləcək.