Bakıda toyda 25 nəfər zəhərləndi
9
08:33 - 19 Aprel 2025

Ötən gecə Bakıda kütləvi zəhərlənmə qeydə alınıb.
TNS xəbər verir ki, hadisənin "Venesiya" şadlıq sarayında olduğu bildirilir.
TƏBİB-dən bildirilib ki, hadisə zamanı 25 nəfərin zəhərlənmə faktı qeydə alınıb.
Zərərçəkənlər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların konkret hansı yeməkdən zəhərləndiyi hələ ki, məlum deyil.