Bu dəfə taksi "uçmadı", "üzdü"... - Paytaxtın biabırçı görüntüləri - VİDEO

Xəbər verdiyimiz kimi, hazırda Bakıda müşahidə olunan güclü yağış səbəbindən bir çox küçələrdə, iri prospektlərdə hərəkət problemi yaşanır. Yaşanan problemlər isə yeni deyil. Ötən illərdə olduğu kimi bu il də Bakı şəhəri yağışa hazır olmadı.
Görünən odur ki, adi bir yağış paytaxt Bakını iflic edib. Yoxsa, Xəzərdəki gəmilər sığınacaqlara çəkildiyi halda, maşınlarımız "üzməz"di:
Yoxsa, "Neftçilər" metro stansiyanın yaxınlığını su basmazdı:
Yoxsa, su basmış yerlərdə onlarla vətəndaş köməksiz vəziyyətdə qalmazdı:
Yoxsa, polis naryadları iş başında olduğu halda, 6 küçə və prospektdəki tunel, yollarda su yığılması səbəbindən 92 marşrut gecikməz, insanlar yollarda çarəsiz qalmazdı:
Yoxsa, güclü yağış və külək səbəbindən elektrik enerjisinin verilişində gecədən səhərə kimi dayanmalar olmazdı. Beləcə, "yoxsalar"la "olmazlar"ın siyahısını artırmaq olar, lakin əsas sual budur:
Bəs, o zaman niyə bərbad vəziyyətdə olan kanalizasiya sisteminə əncam çəkilmədi, fövqəladə hadisəyə hazırlıq görülmədi?
Azadə Yolçu