Bakıda bu xətt üzrə avtobuslar bərbad vəziyyətdədir

Bakıda Lökbatan-“Elmlər Akademiyası” metrostansiyası marşrut xətti üzrə hərəkət edən 206 saylı avtobus bərbad vəziyyətdədir.
Bu barədə TNS-ə sərnişinlər məlumat veriblər.
Bildiriblər ki, bu xətt üzrə alternativ avtobus marşrutu yoxdur: “Avtobusların 20 dəqiqəlik intevalla hərəkət ediyi bildirilsə də, sürücülər buna əməl etmirlər. Kim nə vaxt istəyir, o vaxt gəlir. Onsuz da hamısı sınıq-salxaq olan avtobuslar günün istənilən saatında basabas olur”.
Qeyd edək ki, ötən ilin noyabrında Azərbaycan Yolüstü Nəqliyyat Agentliyi tərəfindən paytaxtın bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılıb. Onların arasında 206 nömrəli (Lökbatan qəsəbəsi, A.Şəbiyev küçəsi – “Elmlər Akademiyası” metrostansiyası) marşrut avtobusu da var.