Close

15:19
28 Mart 2025

Metroda bu düyməni sıxsanız... - Təhlükəli görüntülər - VİDEO

"Bakı Metropoliteni"nin stansiyalarında bu ilin ilk 2 ayında sərnişinlər 534 dəfə eskalatorların dayanmasına səbəb olub.

TNS xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.

Bildirilib ki, bu kimi hadisələr metrodan istifadə edən vətəndaşların həyatı üçün təhlükə yarada bilər: “Sərnişinlərimizi bir daha eskalatorda olarkən daha diqqətli, məsuliyyətli və ehtiyatlı davranmağa çağırırıq!”

Dayanma halları ilə bağlı real görüntülərdən hazırlanmış videonu təqdim edirik: