Close

“Baksol yolu”nda yük maşını aşdı - Hərəkət məhdudlaşdırıldı - FOTO

Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi “Baksol yolu” adlanan hissədə yük avtomobili aşıb.

TNS xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov bildirib. Qeyd olunub ki, qəza səbəbindən hazırda qeyd olunan yola bütün istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

"NİİM yol polisi ilə birgə qısa zamanda nəqliyyatın hərəkətinin bərpa olunması istiqamətində bütün mümkün tədbirlər görür", məlumatda deyilir.

67d40265413f967d40265413fa174194749367d40265413f767d40265413f8

67d402653965c67d402653965d174194749367d402653965a67d402653965b