Close

Bakı metrosunda problem – Vaqonlar boşaldı - FOTO - YENİLƏNİB

"28 May" stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar "Nərimanov" elektrik deposuna göndərilib.

“Bakı Metropoliteni” QSC-dən TNS-ə bildirilib ki, əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.

17:27

Bakı metrosunda problem yaranıb.

TNS-in hadisə yerində olan əməkdaşının məlumatına görə, metronun bütün stansiyalarında sıxlıq yaranıb, sərnişinlər hətta turniketlərə yaxınlaşmaqda çətinlik çəkiblər. Bəzi stansiyalarda isə sərnişinlər vaqonlardan düşürülüb, qatarların hərəkəti dayandırılıb.

Bir müddət sonra qatarların hərəkəti bərpa edilib.

“Bakı Metropoliteni” QSC-nin sözçüsü Bəxtiyar Məmmədov TNS-ə bu barədə məlumat veriləcəyini deyib.

metro-1 metro-2