Metronun bu stansiyasının tikintisi ilə bağlı yeni xəbər- RƏSMİ
28
15:27 - 06 Mart 2025

“Bakı Metropoliteni” QSC-nin Bənövşəyi xəttinin şərti adı “B-4” olan stansiyanın qazıntı işləri artıq tamamlanıb.
Stansiyada inşaatın əsas mərhələsi üzrə işlər aparılır. Bununla yanaşı, hazırda əsas təchizat məsələləri və stansiyanın memarlıq üslubunun hazırlanması istiqamətində tədbirlərə başlanılıb.
Bu barədə TNS-in sorğusuna cavab olaraq Metropolitendən məlumat verilib.
Qeyd olunub ki, inşaatın norma və qaydalara uyğun tamamlanması, infrastruktura dair avadanlıq və sistemlərin alınması, quraşdırma və s. işlər mərhələli şəkildə davam etdirilir.
Aygün