Bakının bu yollarında tıxac var
5
09:08 - 03 Mart 2025

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Bu barədə TNS-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.