Close

Bakıda qəzalarda 5 işıqfor zədələndi

Bakıda yolların buz bağlaması səbəbindən baş verən qəzalarda işıqforlara ziyan dəyib.

TNS DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, paytaxtda soyuq hava şəraitinin başladığı gündən 26 fevral tarixinə qədər qəzalar zamanı 5 işıqfor dirəyi, 1 idarəetmə və 1  elektrik qutusuna zərər dəyib.

Bildirilib ki, paytaxt yollarında işıqforlar diqqətdə saxlanılır, mütəmadi olaraq ərazilərə həm müşahidə kameraları vasitəsilə, həm də yerində baxış keçirilir.