Close

22:20
21 Fevral 2025
21:30
21 Fevral 2025

Bəzi yollarda sürət həddi endirildi

Mövcud hava şəraiti ilə əlaqədar paytaxtın Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib.

TNS xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bununla yanaşı, bütün tablolarda “ buzlu yol” işarəsi qoyulub. Sürücülərdən yolda müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.