Bu ərazilərdə qaz olmayacaq
388
17:20 - 17 Fevral 2025

Sabah Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsinin bir küçəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə TNS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Biləcəri qəsəbəsi, N. Asimzadə küçəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması məqsədilə fevralın 18-də saat 10:00-dan etibarən qaz təchizatı müvəqqəti dayandırılacaq.