"20 yanvar" istiqamətindəki uzun tıxacın səbəbi məlum oldu
41
22:50 - 31 Yanvar 2025
Bakının Yasamal rayonunda nəqliyyat sıxlığının səbəbi açıqlanıb.
TNS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, Moskva prospekti, tunelə giriş hissədə texniki nasaz bir neçə yük avtomobili yolda qalıb. Bu səbəbdən metronun “20 Yanvar” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür.