Bu ərazidəki məhdudiyyət aradan qaldırıldı
17
22:00 - 31 Yanvar 2025
Bakının Nizami rayonu, Babək prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
TNS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, “Baku Medical Plaza”nın yaxınlığında yolda aparılan təmir işləri səbəbindən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan götürülüb.