Bakıda bu yollarda sıxlıq var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
TNS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. Zərifə Əliyeva küçəsində;
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.