Qəzalı vəziyyətdə olan binalar nə vaxt söküləcək? - VİDEO
Paytaxtda sökülməsini gözləyən minlərlə bina var. Bəzi binalar sökülüb, yerində yenisi tikilib və vətəndaşlara təhvil verilib, lakin böyük bir qismi isə hələ də qalmaqdadır.
TNS xəbər verir ki, məsələ ilə bağlı əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov Xəzər TV-yə danışıb.
Onun sözlərinə görə, bəzi insanlar 20-30 ildir gözləyirlər və dəqiq məlumat olmadığı üçün daşınmaz əmlakla bağlı planlar qura bilmirlər.
Ekspert bildirib ki, qeyri-rəsmi məlumata görə, 11 mindən çox 2 və 5 mərtəbəli bina var ki, onların istismar müddəti bitib. Həmin binaların sökülməsi nəzərdə tutulub. Lakin bununla bağlı heç bir açıqlama yoxdur.
Daha ətraflı süjetdə: