20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı yeni kompazisiya qurulacaq
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən TNS-ə verilən məlumata görə, xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. İşlərin görülməsi üçün təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.
Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, zədələnmiş plitələr dəyişdirilir, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, Xiyabandakı hər iki məşəldə profilaktika aparılır. Qeyd olunub ki, faciənin 35-ci ildönümü ilə əlaqədar olaraq yeni kompazisiya qurulacaq.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.