Close

Bakının hansı ərazilərinə tramvay xətti çəkilməlidir?

Bakı şəhərinin Baş Planında tramvay xətlərinin bərpası nəzərdə tutulub.

Tramvay xətləri əsasən, hansı ərazilərə lazımdır?

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı TNS- deyib ki, tramvay xətlərinin çəkilməsi təkcə tıxac problemini həll etməyəcək.

Ekspert qeyd edib ki, tramvay ictimai nəqliyyatın bir növüdür və olması vacibdir: “Tramvay xətlərinin bərpasının 2040-cı ilə qədər həyata keçirilməsi nəzərdə tutulub. Hazırda müxtəlif istiqamətlərə baxış keçirilir. Tramvay xətlərinin hansı formada, hansı küçələr üzrə əlverişli olması ilə bağlı müzakirələr gedir, amma konkret qərar yoxdur.

Bir neçə gün öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən açıqlama verildi ki, “Sea breeze” istiqamətində, başqa bir neçə küçədə tramvay xətlərinin çəkilməsi müzakirə mərhələsindədir. Vəziyyəti təhlil etmək üçün dəqiq açıqlamalar olmalıdır. Birdən-birə qərar qəbul etmək effekt verməz, problem yaradar. Ona görə bu təhlillərə mütləq ehtiyac var.

Ən optimal yol da budur. Təhlil aparmadan hansısa bir qərar qəbul etmək, yaxşı nəticə verməyə bilər”.

Ayşən Azadova