Bakının bu küçəsində sürət həddi endirildi
24
14:16 - 08 Yanvar 2025
Bakının Mikayıl Əliyev küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.
TNS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, məqsəd yol hərəkəti təhlükəsizliyini artırmaqdır.
Həmin yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.