Metroda gedişhaqqı artırılır? - RƏSMİ
292
14:07 - 07 Yanvar 2025
Bakı Metropoliteni metroda gedişhaqqının 55 qəpik olması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov TNS-ə açıqlamasında bildirib ki, qurumun gedişhaqqı ilə bağlı qərar vermək hüququ yoxdur: ""Bakı Metropoliteni" QSC-nin gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur. Həmçinin metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb".