Close

12:28
17 Dekabr 2024

Bakıda bəzi yollarda sıxlıq müşahidə edilir

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hazırda paytaxtda yollardakı vəziyyət barədə sürücülərə müraciət edib.

Bu barədə TNS-ə NİİM-dən məlumat verilib.

Məlumata görə, hazırda paytaxtda

Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə edilir.