Close

12:28
17 Dekabr 2024

Bakıda bu binalar söküləcək - Qərar verildi - FOTO

Bakı şəhəri Yasamal rayonu ərazisində yeni parkın salınması məqsədilə ətraf mühitin abadlaşdırılması və köhnə tikililərin sökülməsi işlərinə start veriləcək.

TNS xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, Mərkəzi Parkın davamı olaraq planlaşdırılan bu layihə S.Tağızadə, A.Şaiq və N.Aşurbəyova küçələrini əhatə edəcək.

Layihənin icrası ilə bağlı tender müsabiqəsi elan edilib. Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC tərəfindən təqdim olunan müsabiqədə ümumi büdcə 38 milyon manat olaraq göstərilib. Tender sənədində qeyd olunur ki, ərazidə kərpicdən tikilmiş yaşayış binaları söküləcək, inşaat tullantıları xüsusi texnika vasitəsilə ərazidən daşınacaq və torpaq işləri həyata keçiriləcək.

sWN8Es6vyKRYkU2ADqaoXYHA3TQc9i7RMW8adL4j