Bakıda avtobusların neçə faizi kart sistemi ilə işləyir?
13
10:56 - 13 Dekabr 2024
Paytaxtda fəaliyyət göstərən marşrut avtobuslarının cəmi 22 faizi nağd ödənişlə işləyir.
Bu barədə TNS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məlumatda qeyd olunub ki, hazırda ümumilikdə 117 marşrut üzrə 2007 avtobusda nağdsız ödəniş edilməsi mümkündür: “Avtobusların 78 faizində nağdsız ödəniş sistemi tətbiq olunur”.
Qeyd edək ki, paytaxtda marşrut avtobuslarının kart sisteminə keçidi 2018-ci ildən başlayıb.
Bu ilin yay aylarında nağdsız ödəniş sistemi tətbiq olunan avtobuslar 64 faiz təşkil edib.
Aygün