Close

Zəfər Günü münasibətilə Bakıda hərbçilərin yürüşləri keçirilib - YENİLƏNİB/FOTO

8 Noyabr - Zəfər Günü münasibətilə Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri keçirilib.

TNS xəbər verir ki, yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yürüşlər Heydər Əliyev Sarayı, Nizami Kino Mərkəzi, Üzeyir Hacıbəyli küçəsi, Rəşid Behbudov küçəsi, Mərkəzi Bank, Heydər Əliyev Sarayı, Neftçilər Prospekti, Azadlıq meydanı, “AMAY” Ticarət Mərkəzi, Şəhidlər xiyabanı, “Alov Qüllələri” kompleksi, “İçərişəhər” metrosu, Qala Qapısı, Kukla Teatrı, “Azneft” dairəsi, Bəhram Gur heykəli, Q.Musabəyov parkı, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı, “Olimpik Star” İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, Nəsimi heykəli, Neftçilər prospekti, Nərimanov heykəli, Mərkəzi Park, Milli Dram Teatrı, Qış Parkı, Heydər Əliyev Sarayı, Mərkəzi Bank, “28 Mall” Ticarət Mərkəzi istiqamətləri üzrə təşkil olunub.

Orkestrlər hərbi vətənpərvərlik mahnıları, marşlar səsləndiriblər.

Hərbi orkestrlərin nümunəvi çıxışları şəhər sakinlərində və qonaqlarda yüksək əhvali-ruhiyyə yaradıb.

10.25

8 Noyabr - Zəfər Günü münasibətilə Bakının müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilir.

TNS-in məlumatına görə, yürüşlərdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, hərbi yürüş beş marşrut üzrə keçiriləcək:

1-ci yürüş - saat 10.00-12.00, Heydər Əliyev sarayı-Nizami kino Mərkəzi – Neftçilər Prospekti – Azadlıq meydanı – Amay;

2-ci yürüş – saat 10.00-12.00, Şəhidlər Xiyabanı – Alov Qüllələri – İçərişəhər metrosu – Qala Qapısı – Kukla teatrı – Azneft dairəsi – Bəhram Gür heykəli;

3-cü yürüş – saat 10.00-12.00, Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı;

4-cü yürüş - saat 10.00-12.00, Olimpik Star – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Sirk – Heydər Əliyev Sarayı – Nəsimi heykəli – Neftçilər prospekti;

5-ci yürüş - saat 10.00-12.00, Nərimanov heykəli – Mərkəzi Park – Milli Dram Teatrı – Qış Parkı – Heydər Əliyev Sarayı – Mərkəzi Bankı – 28 MALL.

Bundan əlavə, Gəncə, Xankəndi, Şuşa və Laçın şəhərlərində də hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilir.

Ekran_skli_2024-11-08_104214 Ekran_skli_2024-11-08_104206 Ekran_skli_2024-11-08_104232 Ekran_skli_2024-11-08_104157 Ekran_skli_2024-11-08_104146 Ekran_skli_2024-11-08_104254 Ekran_skli_2024-11-08_104225 Ekran_skli_2024-11-08_104241