Bakıda onlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər
COP29 tədbirini işıqlandıran jurnalistlər ictimai nəqliyyatdan ödənişsiz istifadə edə biləcəklər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) TNS-ə bildirilib ki, akkreditasiyadan keçən bütün jurnalistlər noyabrın 9-dan 24-dək avtobuslardan pulsuz istifadə edə biləcəklər.
“Bakı Metropoliteni”Qapalı Səhmdar Cəmiyyətindən isə bildirilib ki, artıq noyabrın 6-dan etibarən jurnalistlər üçün metrodan gediş haqqı pulsuzdur: “Bizə təqdim olunmuş akkreditasiya nümunələrinə uyğun olan bütün kateqoriyadan olan iştirakçılar, yəni tərəşfdaşlar, qonaqlar, o cümlədən də jurnalistlər metro xidmətindən pulsuz istifadə edə biləcəklər”.
Aygün