“8-ci km bazarı” ilə bağlı qərar verildi - AÇIQLAMA
"8-ci kilometr" bazarının ətrafındakı ticarət köşkləri yığışdırılır. Bazarın bağlanması və ya başqa əraziyə köçürülməsi planlaşdırılır?
TNS-in sorğusuna cavab olaraq Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, "8-ci km bazarı" ətrafında, Naxçıvanski küçəsi boyunca ərazidə olan qanunsuz küçə ticarətinin və antisanitar vəziyyətin aradan qaldırlması ilə bağlı tədbirlər görülür.
Qurumdan bildirilib ki, qanunsuz quraşdırılmış şəhərin ümumi görünüşünə xələl gətirən köşklər götürülür: “İşlər yekunlaşdıqdan sonra ərazidə təmizlik, abadllq və yaşıllıq işlərinin aparılması nəzərdə tutulur".
Qeyd edək ki, bir ay öncə Naxçıvanski küçəsi boyunca qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə ərazidə abadlıq işlərinin aparılacağı barədə xəbərdarlıq edilmişdi.
Ayşən Azadova